Şəhid polkovnik-leytenant, Ağır Artilleriya Briqadasının qərargah rəisi Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.
Mecra.az–ın musavat.com-a istinadla məlumatına görə Səlbi Cəfərlinin ölümünə səbəb kəskin böyrək çatışmazlığı olub.
Həkimlər 13 yaşlı şəhid övladının həyatını xilas edə bilməyib.
Qeyd edək ki, şəhid Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub.
Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!


👁 baxış
