Gitara ifaçısı onunla toya getməyən müğənnini bıçaqladı

XƏBƏR XƏTTİ
Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı – Sərəncam•“Böyük Qayıdış” layihələrində yarım milyard manatlıq vəsait istifadə olunmayıb•10° şaxta olacaq – Sabahın havası•Prokuror general qızı haqda qərardan protest verdi•“Azərbaycan və Birləşmiş Krallıq arasında bu günədək 30-a yaxın sənəd imzalanıb”•Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək – Prezident təsdiqlədi•Vətən müharibəsi qazisi dəm qazından boğuldu – FOTO•Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı – Sərəncam•“Böyük Qayıdış” layihələrində yarım milyard manatlıq vəsait istifadə olunmayıb•10° şaxta olacaq – Sabahın havası•Prokuror general qızı haqda qərardan protest verdi•“Azərbaycan və Birləşmiş Krallıq arasında bu günədək 30-a yaxın sənəd imzalanıb”•Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək – Prezident təsdiqlədi•Vətən müharibəsi qazisi dəm qazından boğuldu – FOTO•

Gecə saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib.

Bildirilir ki, bıçaqlanan şəxs rayonda fəaliyyət göstərən müğənni olub. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Qurbanov isə gitara ifaçısıdır. Onların arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub.

Əhmədiyə Qurbanovun insident zamanı sərxoş olduğu deyilir.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb: “Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt