Cəlilabadda şəhidimizin qardaşının toyu oldu – FOTOLAR

XƏBƏR XƏTTİ
Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı – Sərəncam•“Böyük Qayıdış” layihələrində yarım milyard manatlıq vəsait istifadə olunmayıb•10° şaxta olacaq – Sabahın havası•Prokuror general qızı haqda qərardan protest verdi•“Azərbaycan və Birləşmiş Krallıq arasında bu günədək 30-a yaxın sənəd imzalanıb”•Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək – Prezident təsdiqlədi•Vətən müharibəsi qazisi dəm qazından boğuldu – FOTO•Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı – Sərəncam•“Böyük Qayıdış” layihələrində yarım milyard manatlıq vəsait istifadə olunmayıb•10° şaxta olacaq – Sabahın havası•Prokuror general qızı haqda qərardan protest verdi•“Azərbaycan və Birləşmiş Krallıq arasında bu günədək 30-a yaxın sənəd imzalanıb”•Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək – Prezident təsdiqlədi•Vətən müharibəsi qazisi dəm qazından boğuldu – FOTO•

2022-ci ilin sentyabr döyüşlərində qəhrəmancasına şəhid olan Sərhəd Qoşunlarının Baş gizir Nahid Məmmədovun qardaşı Vüsal Məmmədov ailə həyatı qurub.

Mecra.az xəbər verir ki, toy mərasimi dünən Cəlilabadın Göytəpə şəhərində şadlıq evlərindən birində baş tutub. Toy mərasimində qohumlar və şəhid ailələri iştirak ediblər.

Qeyd edək ki, Nahid Məmmədov 1990-cı il mayın 9-da Cəlilabadın Vəlnik kəndində anadan olub. Vətən müharibəsində göstərdiyi xidmətlərə görə “Zəngilanın azad olunmasına görə” və “İgidliyə görə” medallarıyla təltif edilib. Sentyabr döyüşlərində göstərdiyi xidmətlərə görə şəhid Nahid Məmmədov ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı və “Azərbaycan Bayraq” ordeni ilə təltif edilib. O, 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub (redaktor.az).

Allah rəhmət eləsin!

Vasif ƏLİHÜSEYN

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt