“Elə kitabxanalar var ki, qapısı bağlı qalıb, eləsin də tamam ləğv ediblər…”

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

Bu gün bölgələrdə bir çox kitabxanaların qapısı bağlı qalıb. Kimlərinsə burda işçi kimi adı gedir, dövlətdən maaş alır, amma kitabxananın qapısını açıb insanlara kitabı təbliğ etmir. Bəs görən aidiyyatı qurumlar gözdən uzaq düşən bu cür kitabxanalara görə niyə fil qulağında yatıb? Biz lazım gələrsə, bu kitabxanaların ünvanına kimi də göstərə bilərik.

 

Məcra.az-a açıqlamasında “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu kitabxanaların işləməsinin çox vacib olduğunu və ora yeni kitablarının daşınmasının əhəmiyyətindən danışdı:

 

“Elə kitabxanalar var ki, qapısı bağlı qalıb, eləsi də var ki, ümumiyyətlə tamam ləğv ediblər. Bütün hallarda qalan kitabxanalar işləməlidir, sökülənlər bərpa olunmalıdır. Qalan kitabxanalara da gərək yeni kitablar daşınsın, insanlar üçün maraqlı yerə çevrilsin. Belə olarsa, kitabxanalar dirilər, canlanar. Kitabxana yalnız kitabların olduğu yer deyil, həm də cazibəli bir yerdir. Yəni mədəniyyət faktı kimi orda kinolar göstərilir, redaksiyalardan ora gəlirlər, kitabların müzakirəsi olur, yeni yazarlarla görüşlər keçirilir. Bir sözlə, kitabxana belə bir məkana çevrilərsə, o zaman əhalinin diqqətini cəlb edər”.

 

Vasif Əlihüseyn

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt