“Dünyanın aparacı dövlətləri sosial şəbəkələri tənzimləmək üçün qanunlar qəbul edirlər. Elə mövzular var ki, onların tənzimlənməsi üçün qanunlar hazırlanır”.
Məcra.az-n xəbərinə görə, bu fikirləri Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, dünyada sosial şəbəkələr güc mərkəzi kimi çıxış edirlər: “Bunun tənzimlənməsi üçün müəyyən tədbirlər görülməlidir və ayrı-ayrı dövlətlər tərəfindən bu edilir.
Məsələn, Fransada çoxsaylı məsələlər var ki, onlarla bağlı nifrət çıxışının qarşısının alınması üçün qanun hazırlanıb. Hazırda Almaniya, Polşa, Fransa və digər ölkələrdə bu cür qanunlar hazırlanıb. Sosial şəbəkəni tənzimləyə deyə bir məsələ yoxdur. Ancaq sosial şəbəkələrdə uşaqların hüquqlarının, müəllif və digər hüquqların qorunmasına zərurət var”.