“Azərbaycan kinosu olmayandan sonra bizim vəziyyətimiz necə yaxşı ola bilər?”

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

“Bu qədər diqqət yetiririk, pul ayırırıq, amma film çəkə bilmirlər. Ssenaristlər, rejissorlar yoxdur. Bu, ciddi bir məsələdir. Sağlıq olsun”. 

Bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayev 2 avqust Azərbaycan Kinosu Günü münasibətilə açıqlamasında qeyd edib.

O, Azərbaycan kinosunun mövcud vəziyyətini belə dəyərləndirib:

“Vallah, nə fikir bildirim e? Bir yerə yığışıb günü qeyd edəcəyik, mükafatları verəcəyik, təbrik edib çıxıb gedəcəyik. Vəziyyət yaxşı deyil. Azərbaycan kinosu olmayandan sonra bizim vəziyyətimiz necə yaxşı ola bilər? Arzumuzdur ki, film çəkə bilsinlər, film yoxdur. Kino çəkməklə bağlı lazımi agentlik, Mədəniyyət Nazirliyi məşğul olur. Görək də insafa gəlsələr…”

O bildirib ki, hamı kino sahəsində baş verə biləcək dəyişiklikləri gözləyir, ondan bu barədə soruşur:

“Məsələ yüsək səviyyədə həll olunmalıdır. Ya hə, ya yox. Çünki belə gedə bilməz”.  Cebhe.info

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt