“Məncə, kinomuzun yasını tutmaq lazımdır. Əslində kino Azərbaycanda yarananda demək olar ki, Avropada yenicə yaranmışdı. Postsovet ölkələrini götürəndə kino onlarda 30-40 il sonra yaranacaqdı. Çox uğurlu ənənələrimiz var. “Cəbiş müəllim”, “Şərikli çörək”, “O olmasın, bu olsun”, “Yeddi oğul istərəm” və sair filmləri misal çəkmək olar”
Bunu Məcra.az-a açıqlamasında aktyor Kamran Həsənli kino günü haqda danışarkən deyib. Aktyor bu gün kinomuzun hələ də sıfır nöqtəsindən qalxa bilmədiyini bildirib:
“Amma kinomuz ölüb, yoxdur. Bir-iki sifarişli film çəkilib və onları da nisbətən uğurlu saymaq o demək deyil ki, bizim kinomuz var. Bu gün kinomuz da, dramaturgiyamız da, teatrımız da rəhmətə gedib. Ona görə də kino gününü biz bayram ediriksə, deməli sadəcə özümüzü arsızlığa qoyub olanları görmək istəmirik”.
Vasif Əlihüseyn