Binəqədi Rayonu Rəsulzadə qəsəbəsi sıra 11 ev 15-də yaşayan 1-ci qrup əlil Məmmədova Günay Abbas qızı Azad İstehlakçılar Birliyinin AİİB sədri Cənab Eyyub Hüseynova şikayət məktubu ünvanlayıb. Qurum sədri problemi ictimailəşdirmək üçün şikayət yazısını Məcra.az-ın redaksiyamıza təqdim edib.
Müraciətdə deyilir:
Yazıb sizə məlum edirəm ki, 16 iyun 2022-ci il tarixində onlayn vasitə ilə “Kontakt Home”dan “Braun Lazer” aparatı sifariş vermişəm. 17 İyun 2022-ci ildə mal kuryer tərəfindən evimə gətirildi. Mən 1-ci qrup əlil olduğuma görə aparatı işlədə bilmədim, əlimdə saxlaya bilmədim. Mən həmin gündən hər gün, “Kontakt Home” mağazasına zəng vurdum ki, əlimlə tuta bilmədiyim üçün malı qaytarmaq istəyirəm və malı qətiyyən işlətməmişəm.
Aldığım məhsul atam Məmmədov Abbas Əbil oğlunun adına rəsmiləşdirilib. “Kontakt Home” mağazasının əməkdaşı malı gigiyenik məhsuldur qaytarılması mümkün deyil dedi. Mal açılıb lakin istifadə edilməyib dedim. Mal Məmmədov Abbas Əbil oğlunun adına kreditlə satılmışdır və 12 ay müddətinə 91.70 AZN-lə rəsmiləşdirilib. 11004 Azn təşkil edir.
Xahiş edirəm istehlakcı hüququmu qoruyasınız, mənə satılmış bir dəfə də işlətmədiyim mal geri qaytarılsın. Atam Məmmmədov Abbas Əbil oğlunun adına sənətləşdirilmiş müqaviləyə xitam verilsin, bu barədə müvafiq dövlət orqanlarına və mediaya məlumat verilsin ki, insanların hüququ pozulmasın.
Redaksiyadan: İddialarla bağlı “Kontakt Home” mağazalar şəbəkəsinin də mövqeyini işıqlandırmağa hazırıq.