Komitə sədri Qulu Ağsəsin yubileyini təbrik etdi

XƏBƏR XƏTTİ
Generallara ali hərbi rütbələr təqdim edildi – Fotolar•Gecə klubundan çıxıb dava etdilər – Maşını mağazaya çırpdı-Video-Yenilənib•Şəmkirdə meyiti tapılanlarla bağlı – Yeni detallar•Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Generallara ali hərbi rütbələr təqdim edildi – Fotolar•Gecə klubundan çıxıb dava etdilər – Maşını mağazaya çırpdı-Video-Yenilənib•Şəmkirdə meyiti tapılanlarla bağlı – Yeni detallar•Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komutəsinin sədri Fazil Mustafa “Ulduz” aylıq ədəbiyyat dərgisinin Baş redaktoru, şair-publisist, Əməkdar jurnalist Qulu Ağsəsi 55 illik yubileyi ilə bağlı təbrik edib.
Təbrik məktubunda deyilir:

“Hörmətli Qulu müəllim,
Sizi – tanınmış şair-publisisti, ictimai və ədəbiyyat xadimini 55 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Çox şadam ki, bu ilki yubileyinizi doğma Abdal-Gülablının, Ağdamın düşmən tapdağından qurtuluşunun, o torpaqlarda abadlıq-quruculuq işlərinin geniş vüsət almasının sevinci, qüruru içində keçirirsiniz.

Siz böyük ədəbiyyata 1990-cı ildə “Ulduz”da gün üzü görən şeirlərinizlə gəlmisiniz. Artıq 10 ildir siz özünüz “Ulduz”un baş redaktoru olaraq gənc yazarlara mənəvi dəstək göstərirsiniz.
Şeirləriniz gürcü, ukrayna, rus, polyak dillərinə, habelə qardaş türkcələrə çevrilib.
Oxucular sizin gün üzü görən “Sənsən hər yer”, “Vitryana poşta” (“Külək poçtu”), “Nabran novellası”, “Nöqtələr”, “Yorğun ağacam”, “Görsən üşüyürsən…” və b. kitablarınızı maraqla qarşılayıb.

Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudova sizin haqqınızda “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı kitab yazıb.

Siz Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin, Dünya Gənc Türk Yazarlıar Birliyi Məsləhət Şurasının və Avrasiya Yazarlar Birliyinin üzvüsünüz.

Azərbaycan Prezidentinin 2015-ci il dekabrın 30-da imzaladığı Sərəncam əsasında Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüş, Prezident təqüdçüsü olmuş, habelə habelə bir sıra ictimai ədəbi ödüllərlə təltif olunmusunuz.
Sizi yaradıcılıq uğurlarınız və yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt