Hərbi qulluqçumuz İNTİHAR ETDİ

XƏBƏR XƏTTİ
Generallara ali hərbi rütbələr təqdim edildi – Fotolar•Gecə klubundan çıxıb dava etdilər – Maşını mağazaya çırpdı-Video-Yenilənib•Şəmkirdə meyiti tapılanlarla bağlı – Yeni detallar•Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Generallara ali hərbi rütbələr təqdim edildi – Fotolar•Gecə klubundan çıxıb dava etdilər – Maşını mağazaya çırpdı-Video-Yenilənib•Şəmkirdə meyiti tapılanlarla bağlı – Yeni detallar•Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Eyvazlı Musa Ehtiram oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluqdan “Qafqazinfo”ya bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt