Xəbər verdiyimiz ki, Prezident İlham Əliyev müğənni Akif İslamzadənin “Şöhrət” ordeniylə təltif olunmasıyla bağlı müvafiq Sərəncam imzalayıb.
Adalet.az-ın əməkdaşı Akif İslamzadəylə əlaqə saxlayıb və o, “Şöhrət” ordeniylə təltif olunmasıyla bağlı az öncə xəbər tutduğunu bildirib:
“On beş dəqiqə öncə bundan xəbər tutdum. Təbrikiniz üçün çox sağ olun. Əlbəttə, Cənab Prezidentə təşəkkür edirəm. Bu mənim ilk ödülümdür. İndiyə kimi heç bir ödül almamışam və hələ bunu dərk eləyə bilmirəm”.
A.İslamzadə bir müddət öncə Xalq artisti fəxri adından imtina etməsi məsələsinə də münasibət bildirib:
“Əvvəla kim mənə fəxr ad təklif edib ki, ondan imtina edəm? Ad məsələsi başqa söhbətdir. Cənab Prezident mənə fəxri ad versəydi, mən bundan imtina etmərəm. Amma başqa adamlar mənə bu adı təklif edəndə imtina etmişəm. Bu ad bizə nəyi verir ki? Bu nə ölçü vahididir ki? Mən bu adın içində böyüyən, xeyrini görən adamam. Bütün Azərbaycan bilir ki, mən Əbülfəz Elçibəylə dost olmuşam. Həm də Bakı Mədəniyyət İdarəsinin rəisi olmuşam və istəsəydim, özüm öz adımı yazardım”.
Vasif Əlihüseyn