MN: “Mülki erməni əhali kütləvi şəkildə silahlandırılır” – VİDEO

XƏBƏR XƏTTİ
General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•

Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur.

Məcra.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub.

Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olub. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir. (Qafqazinfo)


Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt