Xalq artisti: “Keçdiyimiz o əzablı yolları gənclərə danışmaq çox vacibdir…”

XƏBƏR XƏTTİ
“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•

““İrəli” İctimi Birliyinin təşkilatçılığı ilə təşkil olunan  bu tədbirə Riad Cəbrayılov tərəfindən dəvət aldıq. Yay ayları da olsa, insanların istirahətdə olmasına baxmayaraq biz tərəddüd etmədik, razılaşdıq ki, gənclərlə görüşək. Bu da bizim müsbət adımımız olar ki, gənclərimizə dəstək olaq, onların gələcəkdə tutduğu bir mövqedə daha həvəslə çalışmasında köməyimiz olsun”

Məcra.az xəbər verir ki, bunu açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib. Xalq artisti daha sonra bunları əlavə edib:

“Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr edilmiş bu tədbirdə lazım idi ki, onun gənclərə verdiyi dəyərdən danışılsın. Ulu Öndərin bizim özümüzə verdiyi dəyərdən danışdıq və təbii ki, bunu gənclərə aşılamaq lazım idi ki, onlar da öz gələcəyini gözəl qursunlar.

Tədbir gözlədiyimizdən daha möhtəşəm alındı. Mən düşünürdüm ki, tədbirdə 30-40 nəfər gənc iştirak edər. Amma bir də baxdıq ki, gənclərlə yanaşı, kifayət qədər tamaşaçı gəldi, Muğam Mərkəzinin zalı tamaşaçıyla tam doldu. İsti yay günlərində belə bir tədbirin keçirilməsinə inanmırdıq. Amma çox maraqlı bir söhbət alındı. Düşünürəm ki, yaradıcı insanlarla, incəsənət xadimləriylə, ziyalılarla gənclərin görüşmələri çox gözəldir, tərifəlayiqdir. Çünki biz gəldiyimiz o keşməmeşli yollardan onlar da özlərində bir güc, həvəs tapırlar. Hesab edirəm ki, hər bir ağıllı, kamil gənclərimiz bu söhbətlərdən nəticə çıxararaq özündə bir güc, həvəs tapa bilər. Gənc yaşlarımızda Ulu Öndərin bizə verdiyi dəyərin, sənətimizi qiymətləndirməsinin bizdə oyatdığı həvəsi  gənclərə danışaraq  onlara da motivasiya vermiş olduq. Gənclərə dəstək olmalıyıq. Tamaşaçı sevgisi, ustadların dəstəyi, gəldiyimiz yolda uğur qazanmağımızda nə qədər insanın zəhməti olubsa, onlara minnətdarlıq etmişik və bütün bunları gənclərin diqqətinə çatdırmışıq. Ona görə də gənclərlə çox möhtəşəm bir görüş keçirdik. Bir günlük görüş bizim bir aylıq istirahətimizə dəyərdi”. (Adalet.az)

Vasif Əlihüseyn

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt