Vətən müharibəsi iştirakçılarına dəstək layihəsi uğurla davam edir-FOTOLAR

XƏBƏR XƏTTİ
“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•

Layihə AİİB-in rəhbərliyi və idarəçiliyi altında daha iki QHT-nin iştirakçılığı ilə koalisiyada 5 ay müddətində Beyləqan rayonu və ətraf qəsəbələrdə  həyata keçirilir. Koalisiyaya daxil edilmiş digər iki QHT, “Şəfa” Psixoloji Sosial Yardım” İctimayi Birliyi və  “Cəmiyyətin Davamli İnkişafına Yardım” İctimayi  Birliyidir.

 

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə QHT koalisiyası tərəfindən Beyləqan rayonunda həyata keçirilən   “Vətən müharibəsi iştirakçılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək” layihəsinin icrası uğurla davam edir.

 

Vətən Müharibəsi qazilərinə qurulmuş 5 ədəd hər biri 5m X 20 m ölçülü istixanalarda pomidor ştillərinin inkişafı norma üzrə davam edir. İstixanalarda bitkilərin inkişafı əladır. Pomidor çiçəkləmə fazasındadır. Tək-tək xırda pomidorlar da görünməkdədir. Xiyar əkənlər isə artıq bir həftədir ki, məhsuldan istifadə edirlər. Paralel olaraq hədəf faydalananlara hər biri 10 nəfərdən ibarət 2 qrupda fərdi təsərrüfatın səmərəli inkişafı üzrə bacarıqlarının artırılması üzrə 3 mövzuda -“Tərəvəzçiliyin örtülü sahədə təşkili”, “Marketinq- davamlı bazar araşdırmaları” və “Ailə büdcəsinin səmərəli idarə olunması” təlimləri keçirilmişdir. Təlimlər geniş bilik və təcrübəyə malik olan təlimçi Mehman Əliyev tərəfindən keçirilmişdir.

 

Həmçinin “Şəfa” Psixoloji-sosial yardım İctimai Birliyinin psixoloqları tərəfindən fəaliyyət planına uyğun olaraq qazilərə yerində fərdi qaydada psixoloji xidmət tədbirləri keçirilmişdir.

Aqrar Xidmətlər Agentliyinin nəzdində yaradılmış “Regional Aqrar Təlim Mərkəzi”nin əməkdaşı İmamverdi Əliyev də layihə heyəti üzvləri ilə istixanalarda olmuşdur. O, layihə benefisiarlarına lazımi metodiki təlimat və tövsiyyələr verib.

 

Layihə heyəti olaraq bütün imkanlardan maksimum istifadə etməklə layihəni uğurla başa vurmağa çalışacağıq.

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt