Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

XƏBƏR XƏTTİ
Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi•Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi•Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO•

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.

Mecra.az xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd olunub ki, dividend ödənişləri etməyən dövlət müəssisələrinin, o cümlədən törəmə müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədəuyğundur.

Hesablama Palatası əsassız səbəbdən gəlir əldə edə bilməyən, eləcə də son illər ərzində rentabelsizliyi davam edən dövlət müəssisələrinin optimallaşdırılması, struktur yenidənqurulması, ləğvi və ya özəlləşdirilməsi məsələlərinə baxılmasını məqsədəuyğun hesab edir. (Oxu.az)

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt