Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev

XƏBƏR XƏTTİ
Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi•Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi•Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO•

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev təhlükəsizlik kəmərindən istifadənin vacibliyi ilə bağlı paylaşım edib.

Mecra.az xəbər verir ki, o, sosial şəbəkə hesabında 2026-cı ilin ilk 10 ayı ərzində yol-nəqliyyat hadisələrində həlak olan sürücü və sərnişinlərin 32,1 faizinin, yaralananların isə 30,9 faizinin təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirib.

Paylaşımda qeyd olunub ki, ötən gün Şəmkirdə iki gəncin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən qəza təhlükəsizlik kəmərindən istifadənin nə qədər vacib olduğunu bir daha göstərir.

Bildirilib ki, təhlükəsizlik kəmərindən istifadə qəzanın nəticələrini yüngülləşdirə və insanların həyatını xilas edə bilər.

O, həmçinin vurğulayıb ki, təhlükəsizlik kəmərindən istifadə həm sürücünün, həm də sərnişinin məsuliyyətidir.

Paylaşımın sonunda “Arzular yarımçıq qalmasın… Təhlükəsizlik kəmərini bağla” çağırışı yer alıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt