Putin xərçəng xəstəsi olan məşhur bloqeri əfv etdi

XƏBƏR XƏTTİ
Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi•Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi•Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO•

Rusiya Prezidenti Vladimir Putin “Lerçek” ləqəbi ilə tanınan məşhur bloqer Valeriya Çekalinanın əfv edilməsi haqqında fərman imzalayıb.

Mecra.az xəbər verir ki, bu barədə Rusiyanın “Baza” nəşri məlumat yayıb.

Bildirilib ki, noyabrın 14-də imzalanan fərmana əsasən, Çekalina Moskvanın Qaqarin Rayon Məhkəməsinin iyulun 31-də çıxardığı hökmlə təyin edilmiş cəzadan azad olunub. Onun məhkumluğu da ləğv edilib.

Qeyd edək ki, bloqer xaricə qanunsuz pul köçürülməsi işi üzrə 5 il şərti azadlıqdan məhrum edilmiş və 763,5 milyon rubl cərimələnmişdi. İstintaqın versiyasına görə, Çekalina və onun keçmiş həyat yoldaşı Birləşmiş Ərəb Əmirliklərinə 251 milyon rubldan çox vəsait köçürüblər.

Məhkəmə prosesi zamanı bloqerə dördüncü mərhələdə mədə xərçəngi diaqnozu qoyulub. Daha sonra onun orqanizmində metastazlar aşkarlanıb. Çekalinanın vəkilləri müalicə üçün Çinə getməsinə icazə verilməsini tələb edirdilər.“Qafqazinfo”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt