Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO

XƏBƏR XƏTTİ
Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi•Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi•Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO•

Şabran rayonunun Qazbabalı kəndində yaşayan Mərdanovlar ailəsi çətin vəziyyətlə üzləşib.

Baku TV-nin qaynar xəttinə müraciət edən Fəridə Mərdanovanın sözlərinə görə, mart ayında yağan güclü leysan yağışlarından sonra evləri yararsız vəziyyətə düşüb. Torpaq sürüşməsi nəticəsində evin bir divarı uçub, digər divarlarda isə çatlar əmələ gəlib.

Şikayətçi bildirir ki, evə baxış keçirilsə də, ailəyə indiyədək heç bir yardım göstərilməyib. O, evin hər an uçma təhlükəsi ilə üz-üzə olduğunu deyərək aidiyyəti qurumlardan kömək istəyir.

“Yağışlardan sonra qəfil güclü səs eşitdik və divarın uçduğunu gördük. Həmin gündən qorxu içində yaşayırıq. Evin bir divarı tamamilə dağılıb, digərlərində də çatlar yaranıb. Öz imkanlarımızla təmir etməyə çalışsaq da, sürüşmə davam edir, divarlar yenidən çatlayır. Gecələr rahat yata bilmirəm. Bu hadisədən sonra səhhətim də pisləşib, ürəyimdən əməliyyat olunmuşam. Aidiyyəti qurumlara müraciət etmişik, gəlib baxış keçiriblər, amma hələ də heç bir kömək göstərilməyib”, – deyə Fəridə Mərdanova bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt