Cümə, May 1, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Elm və təhsil

5 aprel imtahanlarının nəticələri açıqlandı

01 May, 26 / 18:48
A A
Dünənki imtahanın nəticələri bu tarixdə açıqlanacaq

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 5-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

Mecra.az xəbər verir ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2026/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu imtahanda iştirakı nəzərdə tutulan 49701 nəfərdən 326 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfər imtahandan xaric olunub.

İmtahan iştirakçıları arasında 8 nəfər (siyahı ilə buradan tanış olun) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 may saat 10:00-dan 6 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Əvvəlki yazı

Yardımlıda 25 yaşlı qızın meyiti tapıldı

Növbəti yazı

Səkkiz şagird 300 bal topladı - Adlar

XƏBƏR LENTİ

İcra başçısının oğlu yüksək vəzifəyə gətirildi - Oqtay Əsədovu əvəz edəcək

İcra başçısının oğlu yüksək vəzifəyə gətirildi - Oqtay Əsədovu əvəz edəcək

May 1, 2026
Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO

May 1, 2026
Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək

Səkkiz şagird 300 bal topladı - Adlar

May 1, 2026
Dünənki imtahanın nəticələri bu tarixdə açıqlanacaq

5 aprel imtahanlarının nəticələri açıqlandı

May 1, 2026
Yardımlıda 25 yaşlı qızın meyiti tapıldı

Yardımlıda 25 yaşlı qızın meyiti tapıldı

May 1, 2026
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR

May 1, 2026
Bu buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Bu buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

May 1, 2026
Sabah hava necə olacaq?

Sabahın havası açıqlandı

May 1, 2026
Hərbi xidmət haqqında qanunda DƏYİŞİKLİK

Hərbi xidmət haqqında qanunda DƏYİŞİKLİK

May 1, 2026
Bu imtahanların saatı dəyişdirildi

150-190 balla universitetə qəbul olanları hansı çətinliklər gözləyir? - Ekspert açıqladı

May 1, 2026
Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək

Şirvan-Salyanda buraxılışdan fənlər üzrə 100 bal toplayanları sayı

May 1, 2026
Baş Prokurorluq hərbi komissarlıqda əməliyyat keçirdi - Saxlanılanlar var

Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu

May 1, 2026
Bayrağa hörmətsizlik etdi, cavabını belə aldı - VİDEO

Bayrağa hörmətsizlik etdi, cavabını belə aldı - VİDEO

May 1, 2026
“Ulu Öndər Heydər Əliyev ölkəmizdə gənclər siyasətinin əsasını qoymuşdur”

Azərbaycan idmançılarının halal qələbəsi - Özal Kazımov yazır...

May 1, 2026
Azərbaycanda 17 gün iş OLMAYACAQ

Bu ay 14 gün iş olmayacaq

May 1, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Prezident onu təltif etdi

May 1, 2026
TƏBİB-dən daha 2 təyinat - FOTOLAR

TƏBİB-dən daha 2 təyinat - FOTOLAR

May 1, 2026
Rafiq Cəlilov vətəndaşları fərdi qəbul edərək müraciətlərini dinlədi - FOTOLAR

Rafiq Cəlilov vətəndaşları fərdi qəbul edərək müraciətlərini dinlədi - FOTOLAR

May 1, 2026
Nazir müavini: "Hədəf məktəblərdə hər şagirdə bir kompüter düşməsidir"

Nazir müavini: "Hədəf məktəblərdə hər şagirdə bir kompüter düşməsidir"

May 1, 2026
Bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

Lənkəranın iki kəndində qaz kəsiləcək - Xəbərdarlıq

May 1, 2026
Küləklə bağlı xəbərdarlıq

Küləklə bağlı xəbərdarlıq

May 1, 2026
Yeni Klinik və Kliniki Tibbi Mərkəzə direktorlar təyin olundu

Yeni Klinik və Kliniki Tibbi Mərkəzə direktorlar təyin olundu

May 1, 2026
TƏBİB sədri 5 müşaviri və departament rəhbərini işdən çıxardı - Yenilənib

Anar Bayramovun müavini o oldu - FOTO

May 1, 2026
İlqar Əliyev həbsdə vəfat etdi

İlqar Əliyev həbsdə vəfat etdi

May 1, 2026
İdmanımız milli ləyaqət uğrunda savaşda

İdmanımız milli ləyaqət uğrunda savaşda

May 1, 2026
Parlaq idman uğurlarımız siyasi qələbəmizdir

Parlaq idman uğurlarımız siyasi qələbəmizdir

May 1, 2026
İdman vətənpərvərliyi gücləndirən amildir

İdman vətənpərvərliyi gücləndirən amildir

May 1, 2026
Azərbaycanın idman şöhrəti  getdikcə artır

Azərbaycanın idman şöhrəti  getdikcə artır

May 1, 2026
Azərbaycanda idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir

Azərbaycanda idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir

May 1, 2026
Azərbaycanda idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir

İdman sahəsində daha uca zirvələr fəth edəcəyik

May 1, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.