“Əməkdaşlıq əlaqələri şaxələnir”

XƏBƏR XƏTTİ
“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•

Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Ankarada keçirilən Fövqəladə Zirvə görüşü Türkiyə- Azərbaycan müttəfiqliyinin və bütövlükdə Türk dünyasının inkişafında önəmli rol oynayacaq. Və TDT-nin yüksəlişində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın həm beynəlxalq müstəvidə, həm də Türk dünyasında liderliyini təsdiqi olmaqla bütün dünya birliyinə göstərildi ki, bu iki liderin timsalında Azərbaycan-Türkiyə müttəfiqliyi kimi qardaşlıq nümunəsi yoxdur, birlikdə olmaqla gücümüzü, tək ürək olduğumuzu göstərdik.

Türk Dövlətləri Təşkilatının yaradılmasından ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır; Məlumdur ki, dövlət başçımız belə bir təşəbbüslə zəlzələdən öncə çıxış etmiş, bu təşkilat çərçivəsində üzv ölkələrin liderlərinin qeyri-rəsmi Zirvə Görüşü platformasının yaradılması ideyasını irəli sürmüşdü və görüş əslində mədəniyyət paytaxtımız olan Şuşada baş tutmalı idi. Lakin məlum dağıdıcı zəlzələdən sonra məhz Prezident İlham Əliyev bu tədbirin qardaş ölkədə keçirilməsini təklif etdi”. Onun sözlərinə görə, sammitin məqsədi də praktiki əməkdaşlığın müzakirəsi, eləcə də qardaş Türkiyəyə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyin nümayiş etdirilməsidir: “Təsadüfi deyil ki, ötən il təşkilatın Səmərqənddə baş tutmuş Zirvə görüşündə Prezident İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını bəyan etmişdi.

Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır.

Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur;

İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilir,Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəziinşa olunur; Bütün bərpa işləri hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasıbaşlanıb;

Eyvaz Məmmədov,

ADPU Cəlilabad filialının müəllimi

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt