Dəyərli gənclər! Yeni tövsiyələri sizinlə bölüşürəm. İnanıram ki faydalı və maraqlı olacaq.
- Oxumaqdan, öyrənməkdən və öz üzərinizdə işləməkdən heç vaxt usanmayın. İnsanı da cəmiyyəti də zəka və savadın ucaltdığını unutmayın!
- Başqasının uğuruna paxıllıq etməyin. Əksinə, uğurlu insanlardan ilham alın və öz yolunuza davam edin.
- Sizə pislik edənlərə yaxşılıq edin. Onlar etdikləri pisliklərdən yorulmasalar da siz yaxşılıq etməkdən heç zaman usanmayın.4. Uğursuzluqlardan qorxmayın, onları həyatın dərsi kimi qəbul edin və yolunuza davam edin.
- Öz xalqınızı, mədəniyyətinizi və köklərinizi dərindən öyrənin. Milli kimliyinizlə fəxr edin və onu qoruyun.
- Böyük danışmaqdan çəkinin, əvəzində böyük işlər görün. Sadəlik və təvazökarlıq sizi daha da ucaldacaq.
- Gözəl danışmaq qədər, gözəl dinləməyi də öyrənin. Diqqətlə dinləmək qarşı tərəfə hörmətin və dərin zəkanın göstəricisidir.
- Sosial şəbəkələrdə özünüzü nümayiş etdirməkdənsə, düşüncələrinizi və dəyərlərinizi nümayiş etdirin. Unutmayın, virtual aləmdə görünənlə gerçək həyat fərqli ola bilər.
- Kim olursunuzsa olun – tələbə, işçi, rəhbər və ya sadə vətəndaş – ədalətli və vicdanlı olun. Cəmiyyətin dəyişməsi hər bir fərdin dürüstlüyündən başlayır.
- Tənqidə açıq olun. Onlardan nəticə çıxarın. Bu sizin inkişafınıza təkan verəcək.
Ceyhun Məmmədov, millət vəkili





























