2026-cı ilin may ayı üçün astroloji proqnozlara əsasən, maddi baxımdan daha şanslı olacaq bürclərin siyahısı açıqlanıb.
Mecra.az həmin bürcləri diqqətinizə çatdırır.
Buğa
Bu ay ən güclü maliyyə enerjisi Buğa bürcündədir. Merkuri, Mars və Yeniayın təsiri ilə gəlir əldə etmək, yeni qazanc mənbələri yaratmaq və maliyyə sabitliyi qurmaq üçün ideal dövrdür.
Tərəzi
Tərəzilər üçün maliyyə sahəsində dönüş nöqtəsi yaşana bilər. Borc, investisiya və ortaq gəlirlər mövzusunda real və konkret qazanc imkanları yaranır.
Əqrəb
Əqrəblər üçün xüsusilə ortaq biznes, evlilik və tərəfdaşlıqlardan gəlir əldə etmək şansı artır. Maliyyə baxımından daha stabil və uzunmüddətli imkanlar görünür.
Balıq
Balıqlar ideyalarını pula çevirmək baxımından şanslıdır. Yeni layihələr və kreativ düşüncə sayəsində gəlir əldə etmək mümkündür.
Xərçəng
Dolayı yolla qazanc əldə edən bürclərdəndir. Sosial əlaqələr və düzgün çevrə sayəsində maliyyə imkanları genişlənə bilər (Adalet.az).





























