Pensiyalar gələn il belə artırılacaq

XƏBƏR XƏTTİ
Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi•Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi•Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO•

Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əmək haqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahidə edəcəyik.

Mecra.az xəbər verir ki, bunu açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, növbəti il pensiyalarda indeksləşdirmə mexanizmi dəyişir:

“Belə ki, orta aylıq əməkhaqqı məbləğinə qədər pensiya alan vətəndaşlarımızın pensiya məbləğləri tam indeksləşdiriləcək. Orta aylıq əməkhaqqından 5000 manatadək pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində 0,5, 5000 manatdan çox pensiya alanların pensiya məbləğlərində isə 0,2 əmsalından istifadə olunacaq. Ona görə də yeni əmsalların tətbiq edilməsi nisbətən az pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində daha çox artımlara gətirib çıxaracaq. Yəni, 1200 manatadək pensiya alan vətəndaşlarımızın pensiya məbləğləri tam olaraq indeksləşdiriləcək.

Burada məqsəd az pensiya alan vətəndaşlarımızla nisbətən çox pensiya alanlar arasındakı fərqin azaldılmasına nail olmaq və median pensiya məbləğində artımları sürətləndirməkdir. Birmənalı şəkildə növbəti il pensiya artımları builki əməkhaqqı artımlarına uyğunlaşdırılaraq həyata keçiriləcək və artımlar yanvar ayı ilə hesablanacaq. Artımlarla bağlı sənədin fevral ayının əvvəllərində imzalanacağı gözlənilir və sənəd imzalandıqdan sonra yanvar ayının artımları da fevral ayının artımları ilə birlikdə ödəniləcək”. /Unikal.az

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt