Tarixi Zəfərimizin ad günü

XƏBƏR XƏTTİ
Cəlilabadda məktəb-ailə əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirildi – FOTOLAR•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Vətən müharibəsində şəhidlər döyüş meydanından necə çıxarılıb? – XTQ-nin giziri danışır – VİDEO•“Qızım doğulandan iki gün sonra həyat yoldaşımla vidalaşıb qapıdan çıxdım” – VİDEO•“Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük”•İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü – VİDEO•Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu – VİDEO – FOTOLAR•Kamran Əsədovun 3 il həbsi tələb edildi•Cəlilabadda məktəb-ailə əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirildi – FOTOLAR•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Vətən müharibəsində şəhidlər döyüş meydanından necə çıxarılıb? – XTQ-nin giziri danışır – VİDEO•“Qızım doğulandan iki gün sonra həyat yoldaşımla vidalaşıb qapıdan çıxdım” – VİDEO•“Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük”•İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü – VİDEO•Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu – VİDEO – FOTOLAR•Kamran Əsədovun 3 il həbsi tələb edildi•

Şuşanın tarixi və mədəni irsi Azərbaycanın milli kimliyinin ayrılmaz hissəsidir. Şəhər xüsusilə musiqi və incəsənət sahəsində Azərbaycanın ən parlaq simalarını yetişdirmişdir. Dahi bəstəkar Üzeyir Hacıbəyli, şairə Xurşidbanu Natəvan, məşhur xanəndə Bülbül kimi görkəmli şəxslər Şuşanın tarixi simalarındandır. Şəhər musiqi məbədi sayılır və Azərbaycanın muğam sənətinin inkişafında müstəsna rol oynamışdır.

Şuşa həmçinin memarlıq baxımından çox zəngin bir irsə malikdir. Şəhərdə Gövhər Ağa məscidi, Pənahəli xanın sarayı, Natəvanın evi kimi tarixi memarlıq nümunələri olmuşdur. Bu abidələr yalnız memarlıq baxımından deyil, həm də Azərbaycan xalqının mədəniyyətini və tarixi mirasını təcəssüm etdirən simvollar idi. Şuşada yerləşən İsa bulağı və Cıdır düzü kimi təbii gözəlliklər isə Azərbaycanın təbiət zənginliyini nümayiş etdirir.

1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu hadisə Azərbaycanın maddi-mənəvi irsinə böyük bir zərbə oldu. İşğal dövründə ermənilər şəhərdə genişmiqyaslı dağıntılar həyata keçirərək Şuşanın mədəni və tarixi abidələrini məhv etdilər və şəhəri demoqrafik baxımdan dəyişməyə çalışdılar. Məscidlər, muzeylər və digər tarixi obyektlər vandalizmə məruz qaldı, dəyərli eksponatlar talan edildi. Şuşanın zəngin musiqi və mədəni irsi məhv edilmək təhlükəsi ilə üzləşdi. Ermənilərin həyata keçirdiyi işğal siyasəti yalnız ərazi mənimsəmə məqsədi daşımırdı, həm də Azərbaycan xalqının milli kimliyinə, onun tarixi və mədəni irsinə bir hücum idi. Ermənistanın bu siyasəti beynəlxalq hüquq normalarına zidd olaraq, Azərbaycanın tarixi ərazilərini ilhaq etmək və yerli əhalini didərgin salmaq məqsədi güdürdü.

44 günlük İkinci Qarabağ savaşı Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  qəhrəman  ordumuzun əsgər və zabitlərinin şücaəti sayəsində bizim möhtəşəm Zəfərimizlə başa çatdı. Şanlı ordumuz 8 noyabr 2020-ci il tarixində dünyanı mat qoyan misilsiz əməliyyatı ilə Şuşada bir daha enməyəcək üçrəngli bayrağımızı ucaltdı! Qarabağın döyünən ürəyi Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı.

Şuşanın azadlığı yalnız Azərbaycanın deyil, bütün Qafqaz regionunun tarixi üçün böyük bir əhəmiyyət kəsb edir. Azərbaycanlıların Şuşa yarasının sağaldığı şanlı tarix – 8 Noyabr Günün mübarək olsun, əziz Şuşamız!

 

 Fuad Əzizov,

 Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad 

rayonun üzrə nümayəndəsi

                                                                                                                      

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt