Azərbaycan və Mərkəzi Asiya ölkələri strateji tərəfdaşa çevrilir

XƏBƏR XƏTTİ
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•

Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq və geostrateji tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir. Tarixi, mədəni və mənəvi köklərlə bir-birinə sıx bağlı olan Azərbaycan və Mərkəzi Asiya dövlətləri bu gün öz münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldərək, regionun dayanıqlı inkişafına və təhlükəsizliyinə misilsiz töhfələr verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki proqram xarakterli çıxışı bu çoxşaxəli tərəfdaşlığın strateji xəritəsini bir daha aydın şəkildə nümayiş etdirdi.

     Dünya dövlətlərinin böyük əksəriyyəti bəşəri dövlət olan Azərbaycanla ikitərəfli siyasi, iq­ti­sadi, mədəni əlaqələr saxlayır. Belə münasibətlər dövlətlərin inkişafını sürətləndirir, modern­ləş­dirir. Bu əlaqələr Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da ge­niş­­lə­nib. Türkdilli dövlətlərlə ikitərəfli münasibətlər çoxtərəfli münasibətlər formatında da davam et­diril­məkdədir. Bu sıradan Mərkəzi Asiya dövlətləri də istisna deyil. Bu əlaqələr müxtəlif tədbir­lər­lə, görüşlərlə uğurla davam etdirilir. Azərbaycan-Türkmənistan münasibətlərinin son dövrdə dinamik inkişafı bunun bariz nümunəsidir. Ötən ildən etibarən ən yüksək səviyyədə artıq beş qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və tərəflərin münasibətləri daha da dərinləşdirmək əzmini nümayiş etdirir. İki ölkə beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Azərbaycan və Türkmənistan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İqtisadi Əməkdaşlıq Təşkilatı, UNESCO, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY kimi platformalarda qarşılıqlı fəaliyyət göstərirlər. Azərbaycan–Türkmənistan münasibətlərində Qarabağ məsələsi və işğaldan azad edilmiş ərazilərin bərpası da xüsusi yer tutur. Türkmənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bu mövqenin praktiki ifadələrindən biri Türkmənistanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələrində iştirakı, xüsusilə Füzulidə məscid inşa etməsidir. Türkmənistanın bu təşəbbüsü Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini-mədəni irsin bərpasına verilən dəstəyin nümunələrindən biridir.

      Bu gün Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Nəqliyyat, enerji, ticarət, humanitar əlaqələr və regional əməkdaşlıq istiqamətlərində mövcud potensial iki ölkə arasında münasibətlərin gələcəkdə də yeni layihələrlə zənginləşəcəyini göstərir. 

Vəfa Hüseynova,

Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt