Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır

XƏBƏR XƏTTİ
Kəlbəcər Şəhəri Günüdür•Zəngəzur dəhlizində dəmir yolunun tikintisinə başlanılacağı tarix açıqlandı•Türkiyədə helikopter qəzasında 5 hərbçi həlak oldu•Yardımlıda evə qayıtmayan şagirdin meyiti tapıldı•Bu məktəbə yeni direktor təyin edildi•Vəfat edən DSX əsgərinin fotosu•25 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Səhiyyə nazirinin yeni müşaviri təyin edildi•Kəlbəcər Şəhəri Günüdür•Zəngəzur dəhlizində dəmir yolunun tikintisinə başlanılacağı tarix açıqlandı•Türkiyədə helikopter qəzasında 5 hərbçi həlak oldu•Yardımlıda evə qayıtmayan şagirdin meyiti tapıldı•Bu məktəbə yeni direktor təyin edildi•Vəfat edən DSX əsgərinin fotosu•25 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Səhiyyə nazirinin yeni müşaviri təyin edildi•

Ləğv prosesində olan “Mingəçevir Texniki Rezin” ASC-yə məxsus qiymətləndirilmiş aktivlərin satışından əldə olunacaq gəlir səhmdarlar arasında payların faiz nisbətində bölüşdürüləcək.

Mecra.az Ölkə.az-a istinadla xəbər verir ki, sözügedən məsələnin müzakirəsi üçün ASC-nin səhmdarları növbədənkənar toplantı keçirəcəklər.

Yığıncaqda həmçinin şirkətin səhmlərinin dövriyyədən çıxarılması və ləğvi də müzakirə ediləcək.

Şirkətin ləğvi ilə bağlı qərar cari ilin mayında ASC-nin səhmdarları tərəfindən verilib.

Qeyd edək ki, “Mingəçevir Texniki Rezin” ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əskər Hüseyn oğlu Əskərovdur. Nizamnamə kapitalı 972 min 214 manat olan ASC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Samux, ev 15-dir.

Mətbuatda “Mingəçevir Texniki Rezin” ASC-nin vaxtilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində olduğu qeyd edilir.

2001-2005-ci illərdə nazir postunu tutan F.Əliyev 2005-ci ildə həbs edilib, 2013-cü ildə isə azadlığa buraxılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt