Zəngəzur dəhlizində dəmir yolunun tikintisinə başlanılacağı tarix açıqlandı

XƏBƏR XƏTTİ
Kəlbəcər Şəhəri Günüdür•Zəngəzur dəhlizində dəmir yolunun tikintisinə başlanılacağı tarix açıqlandı•Türkiyədə helikopter qəzasında 5 hərbçi həlak oldu•Yardımlıda evə qayıtmayan şagirdin meyiti tapıldı•Bu məktəbə yeni direktor təyin edildi•Vəfat edən DSX əsgərinin fotosu•25 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Səhiyyə nazirinin yeni müşaviri təyin edildi•Kəlbəcər Şəhəri Günüdür•Zəngəzur dəhlizində dəmir yolunun tikintisinə başlanılacağı tarix açıqlandı•Türkiyədə helikopter qəzasında 5 hərbçi həlak oldu•Yardımlıda evə qayıtmayan şagirdin meyiti tapıldı•Bu məktəbə yeni direktor təyin edildi•Vəfat edən DSX əsgərinin fotosu•25 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Səhiyyə nazirinin yeni müşaviri təyin edildi•

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP, Zəngəzur dəhlizi) çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanılacaq.

Oxu.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan İctimai Televiziyanın efirində bildirib.

“Hazırda Sünikdə (Qərbi Zəngəzur) dəmir yolunun tikintisinə birbaşa başlamaq üçün ərazini hazırlayırıq. İlkin parametrlərimiz mövcuddur. İlkin ekspert araşdırmaları göstərir ki, bu işlərin birgə aparılması xərcləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək və təşkilati baxımdan da düzgün yanaşma olacaq.

Hökumət artıq həm elektrikötürücü xətlərin, həm də yolun layihələndirilməsi ilə bağlı ilkin araşdırmalar sifariş edib. Yaxın aylarda bu araşdırmaların nəticələrini əldə edəcəyik. Beləliklə, 2027-ci il genişmiqyaslı tikinti ili olacaq və biz əhəmiyyətli irəliləyişə nail olacağıq”, – deyə Kostanyan qeyd edib.

Onun sözlərinə görə, dəmir yolunun hansı marşrut üzrə keçəcəyi artıq məlumdur. Hazırda ərazinin hazırlanması və gələn il birbaşa tikintiyə başlamaq üçün zəruri olan ilkin mühəndislik işləri həyata keçirilir.

Nazir müavini Sünikdə ərazinin təmizlənməsi işlərinin aparıldığını da bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt