“Qırmızı günəş” jurnalının bütün nömrələri transliterasiya olunub – FOTOLAR

XƏBƏR XƏTTİ
Kəlbəcər Şəhəri Günüdür•Zəngəzur dəhlizində dəmir yolunun tikintisinə başlanılacağı tarix açıqlandı•Türkiyədə helikopter qəzasında 5 hərbçi həlak oldu•Yardımlıda evə qayıtmayan şagirdin meyiti tapıldı•Bu məktəbə yeni direktor təyin edildi•Vəfat edən DSX əsgərinin fotosu•25 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Səhiyyə nazirinin yeni müşaviri təyin edildi•Kəlbəcər Şəhəri Günüdür•Zəngəzur dəhlizində dəmir yolunun tikintisinə başlanılacağı tarix açıqlandı•Türkiyədə helikopter qəzasında 5 hərbçi həlak oldu•Yardımlıda evə qayıtmayan şagirdin meyiti tapıldı•Bu məktəbə yeni direktor təyin edildi•Vəfat edən DSX əsgərinin fotosu•25 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Səhiyyə nazirinin yeni müşaviri təyin edildi•

Azərbaycan milli mətbu irsində əhəmiyyətli yer “Qırmızı günəş” jurnalının bütün nömrələri əski əlifbadan latın qrfikasına transliterasiya edilib.

Mecra.az xəbər verir ki, 1921-1922-ci illərdə nəşr olunmuş həmin jurnalın səhifələrində tədris prosesinə, təlim-tərbiyəyə, uşaqların maraq dünyasına aid zəngin elmi, ədəbi-bədii və publisistik materiallar vardır. Jurnalı Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müəllimi Fərqanə Məlikova transliterasiya etmişdir. Tranliterasiyanın elmi redaktoru, professor Qulu Məhərrəmli bu addımı Azərbaycan uşaq mətbuatının zəngin tarixinin öyrənilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirmişdir. Onun fikrincə, “Qırmızı günəş” jurnalının transliterasiyası Azərbaycan uşaq mətbuatının tarixi irsinin qorunması, dövrün maarifçilik ideyalarının, ədəbi-publisistik nümunələrinin və mətbuat ənənələrinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

“Zərdabi nəşr”də kütləvi tirajla çap olunmuş “Qırmızı günəş”in transliterasiyasının ixtisas redaktoru mətbuat tarixi mütəxəssisi Samir Xalidoğlu, rəyçiləri isə siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə və tarixçi alim, fəlsəfə doktoru Akif Aşırlıdır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt