Yardımlıda evə qayıtmayan şagirdin meyiti tapıldı

XƏBƏR XƏTTİ
Kəlbəcər Şəhəri Günüdür•Zəngəzur dəhlizində dəmir yolunun tikintisinə başlanılacağı tarix açıqlandı•Türkiyədə helikopter qəzasında 5 hərbçi həlak oldu•Yardımlıda evə qayıtmayan şagirdin meyiti tapıldı•Bu məktəbə yeni direktor təyin edildi•Vəfat edən DSX əsgərinin fotosu•25 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Səhiyyə nazirinin yeni müşaviri təyin edildi•Kəlbəcər Şəhəri Günüdür•Zəngəzur dəhlizində dəmir yolunun tikintisinə başlanılacağı tarix açıqlandı•Türkiyədə helikopter qəzasında 5 hərbçi həlak oldu•Yardımlıda evə qayıtmayan şagirdin meyiti tapıldı•Bu məktəbə yeni direktor təyin edildi•Vəfat edən DSX əsgərinin fotosu•25 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Səhiyyə nazirinin yeni müşaviri təyin edildi•

Yardımlı rayonunda evə qayıtmayan şagirdin meyiti kənd ərazisində aşkarlanıb.

Mecra.az xəbər verir ki, hadisə rayonun Gendərə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, ikinci sinif şagirdi Əli Neymət oğlu Qurbanov bu gün məktəbdən çıxdıqdan sonra evə qayıtmayıb.

Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb.

Lakin aparılan axtarışlar zamanı azyaşlının cansız bədəni kənd ərazisində yerləşən körpünün altında aşkarlanıb.

İlkin ehtimala görə, uşağın körpüdən yıxılması və suda boğulması nəticəsində həyatını itirdiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır. “Qafqazinfo”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt