Paşinyan Azərbaycan dilində mahnı ilə video paylaşdı

XƏBƏR XƏTTİ
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•

Türkmənistanda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan səhər saatlarında Türkmənbaşı şəhərində velosipedlə yürüşə çıxıb.

Mecra.az xəbər verir ki, Ermənistan Baş naziri sosial şəbəkə hesablarında bu barədə paylaşım edib və videonun sonunda əli ilə hər zaman etdiyi ürək simvolunu tutub.

Videoda diqqətçəkən məqam isə N.Paşinyanın həmin görüntüləri Azərbaycan dilində səslənən mahnının müşayiəti ilə paylaşması olub.

Mahnının sözlərinin Azərbaycan dilində olması Ermənistan hökumət başçısının izləyiciləri arasında müzakirələrə səbəb olub. Bəziləri Paşinyanın mahnının türkmən dilində olmasını zənn etdiyini bildirib.

Qeyd edək ki, sözügedən mahnını Zeynəb Həsəni adlı azərbaycanlı ifaçı oxuyub. Videodakı musiqinin janrından isə Paşinyanın sözügedən mahnının süni intellekt versiyasını dinlədiyini demək mümkündür.

Həmin görüntüləri təqdim edirik:“Qafqazinfo”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt