Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO

XƏBƏR XƏTTİ
Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•Narkotik əməliyyatlarında həbs edilənlər var – Biri qadındır – FOTO•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Bu qurumun direktoru 6 min manat maaş alır – Tam siyahı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•Narkotik əməliyyatlarında həbs edilənlər var – Biri qadındır – FOTO•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Bu qurumun direktoru 6 min manat maaş alır – Tam siyahı•

Paytaxtın Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun olub.

Mecra.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, tikilməkdə olan fərdi yaşayış evində beton plitələrin uçması nəticəsində dağıntı altında qalanların olduğu müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaş, 1966-cı il təvəllüdlü Xəlil Şərif oğlu Mehdiyevi sağ, digər vətəndaş, 1969-cu il təvəllüdlü Cəlil Şərif oğlu Mehdiyevin isə meyitini dağıntı altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt