Bu imtahan ləğv olundu – Ödənişlər geri qaytarılacaq

XƏBƏR XƏTTİ
Bu qurumun direktoru 6 min manat maaş alır – Tam siyahı•Bu imtahan ləğv olundu – Ödənişlər geri qaytarılacaq•Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş… – Həkimə bu cəza verildi•Peşə təhsilində 33 yeni ixtisas yaradılıb•Peşə təhsili beynəlxalq standartlara uyğunlaşdırılır•Azərbaycanda odunla qızdırılan məktəb qalmayıb•“İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir”•Sabahın havası açıqlandı•Bu qurumun direktoru 6 min manat maaş alır – Tam siyahı•Bu imtahan ləğv olundu – Ödənişlər geri qaytarılacaq•Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş… – Həkimə bu cəza verildi•Peşə təhsilində 33 yeni ixtisas yaradılıb•Peşə təhsili beynəlxalq standartlara uyğunlaşdırılır•Azərbaycanda odunla qızdırılan məktəb qalmayıb•“İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir”•Sabahın havası açıqlandı•

Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin diqqətinə çatdırılmış imtahan qrafikinə əsasən 4 dekabr tarixində BB vəzifə altqrupu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının, 13 dekabr tarixində isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanının keçirilməsi nəzərdə tutulub.

Mecra.az xəbər verir ki, bununla bağlı DİM məlumat yayıb.

Bildirilib ki, 16 noyabr 2026-cı il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində dövlət qulluqçusunun dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün müvafiq sertifikat əldə etməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb.

Bununla əlaqədar olaraq, 4 dekabr tarixində keçirilməsi nəzərdə tutulan dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı ləğv edilib. Bu imtahanda iştirak etmək üçün namizədlərin ödədikləri vəsait onların şəxsi kabinet hesablarına qaytarılacaq.

4 dekabr tarixində BB vəzifə altqrupu və 13 dekabr tarixində A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanı zamanı namizədlərə Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə minmə tarixindən əvvəl müəyyən edilmiş proqram üzrə – qanunvericilik, informatika, Azərbaycan dili və məntiqi təfəkkürlə bağlı suallar təqdim ediləcək.

İmtahan zamanı qanunvericilik proqramına aid test tapşırıqları Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin qüvvədən düşmüş “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunları ilə eyniyyət təşkil edən normaları ilə bağlı olacaq.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə Azərbaycanın Dövlət Qulluğu Məcəlləsinin 22.3-cü maddəsinə əsasən 2 il müddətinə qüvvədə olan “Dövlət qulluğu sertifikatı” veriləcək.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt