Azərbaycanda odunla qızdırılan məktəb qalmayıb

XƏBƏR XƏTTİ
Azərbaycanda odunla qızdırılan məktəb qalmayıb•“İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir”•Sabahın havası açıqlandı•İstilik verilən məktəblərin sayı açıqlandı•Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir•19 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu mənzillər vergidən azad ediləcək•Putinlə Si Cinpin nəyi müzakirə edib?•Azərbaycanda odunla qızdırılan məktəb qalmayıb•“İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir”•Sabahın havası açıqlandı•İstilik verilən məktəblərin sayı açıqlandı•Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir•19 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu mənzillər vergidən azad ediləcək•Putinlə Si Cinpin nəyi müzakirə edib?•

Təhsil müəssisələrinin bir hissəsi qazlaşdırılıb, odun yanacağı ilə qızdırılan təhsil müəssisələri isə alternativ yanacaq növü olan pelletdən istifadəyə keçid edib. 

Mecra.az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildə ölkə üzrə odun yanacağı ilə qızdırılan təhsil müəssisələrinin sayı 2065 olduğu halda, 2026-cı ildə bu göstərici sıfıra enib.

“Hazırda 1397 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur, digər müvafiq təhsil müəssisələrinin istilik təminatı isə qazlaşdırma hesabına həyata keçirilir. Pellet yanacağından istifadəyə keçid meşələrin qorunmasına, odun yanacağına tələbatın azaldılmasına və istilik təminatında alternativ yanacaq növlərinin tətbiqinin genişləndirilməsinə imkan verir.

Təhsil müəssisələrində odun yanacağından istifadəsinin dayandırılması ətraf mühitin mühafizəsi baxımından müsbət təcrübə olmaqla, odun yanacağından istifadə edən digər təşkilatlar üçün də nümunəvi yanaşma ola bilər”, – məlumatda qeyd edilib. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt