“İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir”

XƏBƏR XƏTTİ
“İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir”•Sabahın havası açıqlandı•İstilik verilən məktəblərin sayı açıqlandı•Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir•19 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu mənzillər vergidən azad ediləcək•Putinlə Si Cinpin nəyi müzakirə edib?•Muxtar Maniyevin oğlu vəzifədən azad edildi•“İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir”•Sabahın havası açıqlandı•İstilik verilən məktəblərin sayı açıqlandı•Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir•19 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu mənzillər vergidən azad ediləcək•Putinlə Si Cinpin nəyi müzakirə edib?•Muxtar Maniyevin oğlu vəzifədən azad edildi•

Sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən işdən azad edilən müəllimlərin böyük hissəsini ibtidai sinif müəllimləri təşkil edib.

Mecra.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu fikirlərin səsləndirilməsində məqsəd ayrı-ayrı müəllimlərin nüfuzuna xələl gətirmək və ya onların peşə bacarıqlarını kiçiltmək deyil. Bununla belə, o, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərin böyük bir hissəsinin orta ixtisas təhsilli olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu vəziyyət uzun müddət ölkədə müəllim çatışmazlığının mövcud olması ilə əlaqədar formalaşıb. Hazırda isə həm ibtidai, həm də məktəbəqədər təhsil səviyyəsində tədrisin ali təhsilli müəllimlər tərəfindən aparılmasına keçid təmin edilib. Nazir bu dəyişikliklərin uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəyinə inandığını bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt