Sabaha olan hava proqnozu açıqlandı

XƏBƏR XƏTTİ
Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•Sabaha olan hava proqnozu açıqlandı•“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” – VİDEO•“Səmaların fatehi”nin – Anım günüdür•Əbədi, təkrarsız  lider•Vətən müharibəsinin səkkizinci günü – Cəbrayıl şəhəri işğaldan azad edilir•Heydər Əliyevin  titanik fəaliyyəti  nəsillərə nümunədir   •Tarixin dərslərini unutmaq olmaz!•Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•Sabaha olan hava proqnozu açıqlandı•“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” – VİDEO•“Səmaların fatehi”nin – Anım günüdür•Əbədi, təkrarsız  lider•Vətən müharibəsinin səkkizinci günü – Cəbrayıl şəhəri işğaldan azad edilir•Heydər Əliyevin  titanik fəaliyyəti  nəsillərə nümunədir   •Tarixin dərslərini unutmaq olmaz!•

Mecra.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 civə sütununa enəcək, nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt