General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi

XƏBƏR XƏTTİ
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•Narkotik əməliyyatlarında həbs edilənlər var – Biri qadındır – FOTO•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Bu qurumun direktoru 6 min manat maaş alır – Tam siyahı•Bu imtahan ləğv olundu – Ödənişlər geri qaytarılacaq•Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş… – Həkimə bu cəza verildi•Peşə təhsilində 33 yeni ixtisas yaradılıb•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•Narkotik əməliyyatlarında həbs edilənlər var – Biri qadındır – FOTO•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Bu qurumun direktoru 6 min manat maaş alır – Tam siyahı•Bu imtahan ləğv olundu – Ödənişlər geri qaytarılacaq•Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş… – Həkimə bu cəza verildi•Peşə təhsilində 33 yeni ixtisas yaradılıb•

Külli miqdarda vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunan mediator Türkər Əliyeva barəsində  qərardan prokurorluğun verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.

Mecra.az APA-ya istinadla xəbər verir ki, bu gün Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya protestinə baxılıb və qərar qəbul olunub.

Qərara əsasən, protest təmin olunmayıb. Türkər Əliyeva barəsində ev dustaqlığı qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsi Türkər Əliyevanın himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan övladının olmasını, onları təkbaşına böyütməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Prokurorluq qərardan narazı qalaraq apellyasiya protesti verib, Türkər Əliyevanın həbs edilməsi istənilib.

Dələduzluqda ittiham olunan Türkər Əliyeva mediator kimi fəaliyyət göstərib. O, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi general-mayor Natiq Əliyevin qızıdır.

Türkər Əliyevaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 313-cü (Vəzifə saxtakaralığına təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, o, torpaq sahəsinin sənədləşdirilməsinə kömək adı altında külli miqdarda pul alıb. Türkər Əliyeva Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini, ehtiyatda olan general-mayor Ceyhun Rzayevin şikayəti üzrə prokurorluqda aparılan araşdırma çərçivəsində saxlanılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt