Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir

XƏBƏR XƏTTİ
Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•Sabaha olan hava proqnozu açıqlandı•“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” – VİDEO•“Səmaların fatehi”nin – Anım günüdür•Əbədi, təkrarsız  lider•Vətən müharibəsinin səkkizinci günü – Cəbrayıl şəhəri işğaldan azad edilir•Heydər Əliyevin  titanik fəaliyyəti  nəsillərə nümunədir   •Tarixin dərslərini unutmaq olmaz!•Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•Sabaha olan hava proqnozu açıqlandı•“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” – VİDEO•“Səmaların fatehi”nin – Anım günüdür•Əbədi, təkrarsız  lider•Vətən müharibəsinin səkkizinci günü – Cəbrayıl şəhəri işğaldan azad edilir•Heydər Əliyevin  titanik fəaliyyəti  nəsillərə nümunədir   •Tarixin dərslərini unutmaq olmaz!•

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Onun hər bir səhifəsi, hər bir sətr iÜmummilli liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. 1993-cu il oktyabrın 3-ü Azərbaycanın  sosial-iqtisadi və mədəni inkişafında dönüş günü oldu. Azərbaycan xalqının tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.  Elə həmin gündən yeni şəraitə uyğun olaraq Ulu öndər cəmiyyətin demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir. Ulu öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 90-cı illərin bariz əlamətinə çevrilmişdi.

Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmişdir. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözlərini demiş Ulu öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri də məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın reallaşmasına nail olmasıdır.

Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Ulu öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir.

 

Xəlil Məmmədov,

YAP Cəlilabad RT, Ərazi partiya  təşkilatının sədri

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt