Azərbaycan tarixinin yetirdiyi nadir şəxsiyyət

XƏBƏR XƏTTİ
Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•Sabaha olan hava proqnozu açıqlandı•“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” – VİDEO•“Səmaların fatehi”nin – Anım günüdür•Əbədi, təkrarsız  lider•Vətən müharibəsinin səkkizinci günü – Cəbrayıl şəhəri işğaldan azad edilir•Heydər Əliyevin  titanik fəaliyyəti  nəsillərə nümunədir   •Tarixin dərslərini unutmaq olmaz!•Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•Sabaha olan hava proqnozu açıqlandı•“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” – VİDEO•“Səmaların fatehi”nin – Anım günüdür•Əbədi, təkrarsız  lider•Vətən müharibəsinin səkkizinci günü – Cəbrayıl şəhəri işğaldan azad edilir•Heydər Əliyevin  titanik fəaliyyəti  nəsillərə nümunədir   •Tarixin dərslərini unutmaq olmaz!•

Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.

1993–cü ilin keşməkeşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev respublikamızda ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkənin parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin respublikamızda tüğyan edən ictimai-siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin, Azərbaycanın qurtuluşu kimi qeyd olunur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək Dahi Şəxsiyyət Heydə\r Əliyevin ən böyük arzusunu yerinə yetirdi. Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Bu gün ölkəmizdə davam edən genişmiqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Respublikamız Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi, xarici siyasətdə böyük dönüş yarandı və uğurlar əldə olundu.

Ağadadaş Abbasov,

Təqaüddə olan dövlət qulluqçusu, memar      

 

                                                                                              

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt