Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

XƏBƏR XƏTTİ
Holdinq rəhbəri 445 minlik mənimsəməyə görə – Azərbaycana gətirildi•Nəriman Qocatürkün son məktubu üzə çıxdı – Nələr yazıbmış…•Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşıldı•İlhamə Abdullayeva vəzifəsindən azad edildi – Yeni TƏYİNAT•Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi – FOTOLAR•Prezidentlə xanımı Vyetnamda belə qarşılandı – VİDEO•6 marşrutun hərəkət sxemi dəyişir•Prezidentlə xanımı Vyetnama getdi – FOTOLAR•Holdinq rəhbəri 445 minlik mənimsəməyə görə – Azərbaycana gətirildi•Nəriman Qocatürkün son məktubu üzə çıxdı – Nələr yazıbmış…•Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşıldı•İlhamə Abdullayeva vəzifəsindən azad edildi – Yeni TƏYİNAT•Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi – FOTOLAR•Prezidentlə xanımı Vyetnamda belə qarşılandı – VİDEO•6 marşrutun hərəkət sxemi dəyişir•Prezidentlə xanımı Vyetnama getdi – FOTOLAR•

Ermənistanın Zəngəzur vilayətinin Şəki yaşayış məntəqəsində oktyabrın 1-də Azərbaycan hərbi qulluqçusu N.Musayevin iştirakı ilə baş verən insidentlə bağlı sosial şəbəkələrdə, KİV-də və digər ictimai platformalarda həqiqətə uyğun olmayan məlumatlar yayılır.M

Mecra.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlət sərhədini qanunsuz olaraq yalnız bir nəfərin – hazırda başlanmış cinayət işi çərçivəsində məhkəmənin qərarı ilə həbs edilən N.Musayevin keçdiyini bir daha bəyan edib.

Xidmətin mətbuat xidmətindən bildirilib ki, insidentdə iştirak edən şəxslərin sayının birdən çox olması, onların diversant olması və hüquq-mühafizə orqanlarının axtarış tədbirlərini davam etdirməsi ilə bağlı yayılan digər məlumatlar tamamilə əsassızdır və həqiqəti əks etdirmir.

“İctimaiyyəti yalnız rəsmi məlumatları izləməyə çağırırıq”, – deyə bəyanatda vurğulanıb.(Oxu.Az)

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt