Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır

XƏBƏR XƏTTİ
“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO•Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu – FOTO•Bu yollar saat 15:00-dan bağlı olacaq•Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI•Məhkəmə Rəşid Mahmudov barəsində qərar verib — Şikayətçi tanınmış MÜĞƏNNİDİR•DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”•“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”•“Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır” – VİDEO•“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO•Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu – FOTO•Bu yollar saat 15:00-dan bağlı olacaq•Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI•Məhkəmə Rəşid Mahmudov barəsində qərar verib — Şikayətçi tanınmış MÜĞƏNNİDİR•DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”•“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”•“Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır” – VİDEO•

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrinin rəhbərlərinə rəsmi tapşırıq göndərib.

Mecra.az Yurd.media-ya istinadən xəbər verir ki, Agentliyin direktoru Eşqi Bağırovun Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional təhsil idarələrinə ünvanladığı sənəddə məktəblərdə müəllimlərlə şagirdlər və onların valideynləri arasındakı münasibətlərdə “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərinə ciddi əməl olunmasının vacibliyi vurğulanıb.

Xəbərdarlıqda xüsusi olaraq qeyd edilib ki, müəllimlərin valideynlərdən və şagirdlərdən birbaşa və ya dolayı yolla hədiyyə, pul, qiymətli əşyalar və digər maddi və ya qeyri-maddi nemətlər istəməsi və ya qəbul etməsi, eləcə də bu məqsədlə hər hansı təşəbbüs göstərməsi qəti qadağandır. Belə halların qarşısının dərhal alınması tələb olunub.

Məktəb rəhbərlərinə tapşırılıb ki, müəllimlər, şagirdlər və valideynlər arasında bu tələblərlə bağlı maarifləndirmə işləri aparsınlar, qaydalara əməl olunmasına ciddi nəzarət etsinlər və hər hansı pozuntuya və ya neqativ hala yol verilməməsi üçün müvafiq tədbirlər görsünlər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt