Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər

XƏBƏR XƏTTİ
Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib•“O, bir rektorun qurbanı oldu” – Nərman Qocatürkün xanımı•Sabah hava necə olacaq?•Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər•“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” – DTX rəis müavini•20 noyabrda bizi nə gözləyir? – Ulduz falı•BDU-da ilk rəhbərdən ilk qadın rektora qədər – Sayca 27-cidir•Sabah pensiyalar tam ödəniləcək•Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib•“O, bir rektorun qurbanı oldu” – Nərman Qocatürkün xanımı•Sabah hava necə olacaq?•Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər•“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” – DTX rəis müavini•20 noyabrda bizi nə gözləyir? – Ulduz falı•BDU-da ilk rəhbərdən ilk qadın rektora qədər – Sayca 27-cidir•Sabah pensiyalar tam ödəniləcək•

Ötən gecə Təbrizin Heydərabad məhəlləsində silahlı hücum baş verib.

Mecra.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Hadisə nəticəsində məhkəmə hakimi İbrahim Sadiqi, həyat yoldaşı və kiçik oğlu öldürülüb.

Məlumata görə, silahlı şəxs avtomobildə olan Sadiqiyə və ailə üzvlərinə atəş açıb. Əslən Şərqi Azərbaycan əyalətinin Qaradağ bölgəsindəki Bəhərbəyli kəndindən olan Sadiqi Qərbi Azərbaycan əyalətinin Xana (Piranşəhr) şəhərində məhkəmə hakimi vəzifəsində çalışıb.

İnsident zamanı hakimin həyat yoldaşı və oğlu küçədə olublar. Hər ikisi hadisə yerindəcə dünyasını dəyişib. Daha sonra qatil restoranda olan azyaşlı qızı da güllələyərək yaralayıb.

Hücum edən şəxsin kimliyi hələ açıqlanmayıb. Məlumata əsasən, o, hadisədən sonra özünü vursa da, sağ qalıb. Yaralı vəziyyətdə saxlanılan şəxs polis nəzarəti altında xəstəxanaya yerləşdirilib. (Oxu.az)

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt