Sabah hava necə olacaq?

XƏBƏR XƏTTİ
Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib•“O, bir rektorun qurbanı oldu” – Nərman Qocatürkün xanımı•Sabah hava necə olacaq?•Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər•“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” – DTX rəis müavini•20 noyabrda bizi nə gözləyir? – Ulduz falı•BDU-da ilk rəhbərdən ilk qadın rektora qədər – Sayca 27-cidir•Sabah pensiyalar tam ödəniləcək•Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib•“O, bir rektorun qurbanı oldu” – Nərman Qocatürkün xanımı•Sabah hava necə olacaq?•Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər•“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” – DTX rəis müavini•20 noyabrda bizi nə gözləyir? – Ulduz falı•BDU-da ilk rəhbərdən ilk qadın rektora qədər – Sayca 27-cidir•Sabah pensiyalar tam ödəniləcək•

Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Mecra.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Güclü qərb, şimal-qərb küləyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq, dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 13-18° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt