Cümşüdün ölümündə təqsirli bilinən rəisə – Hökm oxundu

XƏBƏR XƏTTİ
Prezidentlə xanımı Vyetnama getdi•Cümşüdün ölümündə təqsirli bilinən rəisə – Hökm oxundu•Sabah leysan olacaq – Xəbərdarlıq•Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib•“O, bir rektorun qurbanı oldu” – Nərman Qocatürkün xanımı•Sabah hava necə olacaq?•Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər•“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” – DTX rəis müavini•Prezidentlə xanımı Vyetnama getdi•Cümşüdün ölümündə təqsirli bilinən rəisə – Hökm oxundu•Sabah leysan olacaq – Xəbərdarlıq•Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib•“O, bir rektorun qurbanı oldu” – Nərman Qocatürkün xanımı•Sabah hava necə olacaq?•Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər•“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” – DTX rəis müavini•

“Baksol” yolu ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı ittiham olunan Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

İşi araşdıran hakim Gültəkin Əsədova yekunda belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham əsaslıdır və kifayət qədər dəlil-sübutlarla təsdiqini tapıb.

Hökmə əsasən, Cümşüdova 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Amma hakim onu birbaşa həbsə göndərməyib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Cümşüdün meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya təmizləmə anbarında tapılmışdı. O, ailənin yeganə övladı idi.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt