“Böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır” – VİDEO

XƏBƏR XƏTTİ
Məmmədəli Meybəliyev vəzifəsini itirdi – Nazir 20 ilin prorektorunu işdən çıxardı•Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır•Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi•“Böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır” – VİDEO•“15 yaşında oğlan uşağı qışqıra-qışqıra gəldi ki…” – Şəhanənin qətlinin detalları+VİDEO•Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi•Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?•Bu ərazidə işıq olmayacaq – Xəbərdarlıq•Məmmədəli Meybəliyev vəzifəsini itirdi – Nazir 20 ilin prorektorunu işdən çıxardı•Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır•Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi•“Böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır” – VİDEO•“15 yaşında oğlan uşağı qışqıra-qışqıra gəldi ki…” – Şəhanənin qətlinin detalları+VİDEO•Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi•Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?•Bu ərazidə işıq olmayacaq – Xəbərdarlıq•

“Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın – bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur”.

Mecra.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.

“Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri”, – Prezident qeyd edib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt