Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

XƏBƏR XƏTTİ
Yardımlıda çayxanaya basqın: Sahibkar bıçaqlandı•Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş – Hadisə yerindən görüntülər•Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq – Prezident açıqladı•Leysan olacaq – Sabahın havası•Toyuq əti də bahalaşdı – VİDEO•Sumqayıtda şagird məktəbə evdən şirniyyat gətirdi – 14 nəfər zəhərləndi – Yenilənib•Nöqsanlar aşkar edilən məktəbin direktoru işdən çıxarıldı•“Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil”•Yardımlıda çayxanaya basqın: Sahibkar bıçaqlandı•Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş – Hadisə yerindən görüntülər•Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq – Prezident açıqladı•Leysan olacaq – Sabahın havası•Toyuq əti də bahalaşdı – VİDEO•Sumqayıtda şagird məktəbə evdən şirniyyat gətirdi – 14 nəfər zəhərləndi – Yenilənib•Nöqsanlar aşkar edilən məktəbin direktoru işdən çıxarıldı•“Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil”•

Ağstafa rayonunda məktəbdə dava olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumata görə, hadisə Ağstafa 1 saylı tam orta məktəbdə baş verib. Məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova xəsarətlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müəllimin dediyinə görə, o, məktəbin digər ibtidai sinif müəllimi Sevinc Əhmədova tərəfindən döyülüb. Hadisəyə səbəbin dərs bölgüsü olduğu bildirilir. S.Əhmədovanın builki dərs saatı az olub və o, bunun günahını müəllim həmkarında görüb. Nəticədə hər iki xanım arasında dava olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt