Yardımlıda çayxanaya basqın: Sahibkar bıçaqlandı

XƏBƏR XƏTTİ
“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO•Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu – FOTO•Bu yollar saat 15:00-dan bağlı olacaq•Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI•Məhkəmə Rəşid Mahmudov barəsində qərar verib — Şikayətçi tanınmış MÜĞƏNNİDİR•DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”•“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”•“Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır” – VİDEO•“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO•Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu – FOTO•Bu yollar saat 15:00-dan bağlı olacaq•Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI•Məhkəmə Rəşid Mahmudov barəsində qərar verib — Şikayətçi tanınmış MÜĞƏNNİDİR•DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”•“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”•“Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır” – VİDEO•

Yardımlıda çayxanada bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Yardımlı şəhəri, Heydər Əliyev küçəsi 10 ünvanında yerləşən çay evində baş verib. Çayxanaya müştəri kimi gələn rayon sakini, 1988-ci il təvəllüdlü Kərim Hüseynzadə obyektin sahibi İlqar İmanzadə ilə mübahisə edib. Bu zaman sahibkar Kərim Hüseynzadədən çayxanadan çıxmasını tələb edib. Kərim buna əhəmiyyət vermədikdə İlqar onu məcburi çölə çıxarıb.

K.Hüseynzadə bir müddətdən sonra balta ilə geri qayıdıb. Bunu görən çayxana sahibi təhlükəsizliyini təmin etmək üçün obyektin qapılarını bağlayaraq içəridə dayanıb. Kərim Hüseynzadə isə balta ilə qapısının şüşələrini qırıb. Bu zaman sahibkarla Kərim arasında dava başlayıb, Kərim cibindən bıçaq çıxararaq İlqara üç dəfə zərbə endirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Kərim Hüseynzadə saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və materiallar məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə Kərimlə İlham arasında barışıq elan olunub və cinayət işinə xitam verilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt