20 ildən sonra ARB-dən çıxarılır

XƏBƏR XƏTTİ
Leysan olacaq – Sabahın havası•Hacıqabul sakininin “Sovetski”də meyit aşkarlandı•“Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı”•İcra başçısı 3 nəfərə vəzifə verdi•Oktyabrda 9 gün iş OLMAYACAQ•Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – Yenilik•Bir gündə 13 tibb işçisinin işinə son verildi – Baş həkimlər də siyahıda•Cəlilabadda şəhid zabitin anım mərasimi keçirildi – FOTOLAR•Leysan olacaq – Sabahın havası•Hacıqabul sakininin “Sovetski”də meyit aşkarlandı•“Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı”•İcra başçısı 3 nəfərə vəzifə verdi•Oktyabrda 9 gün iş OLMAYACAQ•Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – Yenilik•Bir gündə 13 tibb işçisinin işinə son verildi – Baş həkimlər də siyahıda•Cəlilabadda şəhid zabitin anım mərasimi keçirildi – FOTOLAR•

“Kriminal” verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb.

Mecra.az Modern.az-a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq.

Onun sözlərinə görə, bu qərar sentyabrın əvvəlində, məzuniyyətdən qayıtdıqdan sonra ona bildirilib və səbəb kimi “vəzifə ixtisarı və kanalın strukturunun dəyişdirilməsi” göstərilib.

“Bu gün də suallarım qalır və onlara cavab gözləyirəm”, – deyə aparıcı qeyd edib.

C.Həmidov hazırda ARB-də fəaliyyətini davam etdirdiyini, çəkilişlərin getdiyini və yeni mövsüm üçün buraxılışların hazırlandığını bildirib.

O, kanalda 20 ilə yaxın fəaliyyət göstərdiyini xatırladaraq, ayrılma qərarının onun üçün ağır olduğunu vurğulayıb: “20 ilə yaxın müddətdən sonra verilən qiymətə sadəcə heyranam. Söz tapmıram, çox çətin hissdir. Çox təəssüf edirəm”.

Qeyd edək ki, Ceyhun Həmidov uzun illərdir “Kriminal” verilişinin aparıcısı kimi fəaliyyət göstərir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt