Nöqsanlar aşkar edilən məktəbin direktoru işdən çıxarıldı

XƏBƏR XƏTTİ
Holdinq rəhbəri 445 minlik mənimsəməyə görə – Azərbaycana gətirildi•Nəriman Qocatürkün son məktubu üzə çıxdı – Nələr yazıbmış…•Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşıldı•İlhamə Abdullayeva vəzifəsindən azad edildi – Yeni TƏYİNAT•Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi – FOTOLAR•Prezidentlə xanımı Vyetnamda belə qarşılandı – VİDEO•6 marşrutun hərəkət sxemi dəyişir•Prezidentlə xanımı Vyetnama getdi – FOTOLAR•Holdinq rəhbəri 445 minlik mənimsəməyə görə – Azərbaycana gətirildi•Nəriman Qocatürkün son məktubu üzə çıxdı – Nələr yazıbmış…•Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşıldı•İlhamə Abdullayeva vəzifəsindən azad edildi – Yeni TƏYİNAT•Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi – FOTOLAR•Prezidentlə xanımı Vyetnamda belə qarşılandı – VİDEO•6 marşrutun hərəkət sxemi dəyişir•Prezidentlə xanımı Vyetnama getdi – FOTOLAR•

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib.

Mecra.az xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan ümumi təhsil müəssisəsinin direktoru Rəfiyeva Ruhiyyə Fizuli qızı özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyib, müvafiq normativ hüquqi aktların, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Regional Təhsil İdarəsinin qanuni təlimatlarının tələblərini pozub. Bunun nəticəsində müəssisədə təlim-tərbiyə prosesinin təşkili, əmək və icra intizamı qaydaları ciddi şəkildə pozulub.

Aşkar edilmiş qanun pozuntuları və qeyd olunan nöqsanlar əsas götürülərək, məktəbinin direktoru R.F.Rəfiyeva ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.(APA)

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt