Sumqayıtda şagird məktəbə evdən şirniyyat gətirdi – 14 nəfər zəhərləndi – Yenilənib

XƏBƏR XƏTTİ
“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO•Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu – FOTO•Bu yollar saat 15:00-dan bağlı olacaq•Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI•Məhkəmə Rəşid Mahmudov barəsində qərar verib — Şikayətçi tanınmış MÜĞƏNNİDİR•DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”•“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”•“Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır” – VİDEO•“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO•Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu – FOTO•Bu yollar saat 15:00-dan bağlı olacaq•Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI•Məhkəmə Rəşid Mahmudov barəsində qərar verib — Şikayətçi tanınmış MÜĞƏNNİDİR•DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”•“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”•“Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır” – VİDEO•

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub.

 Mecra.az xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin 42 şagirdi xəstəxanaya yerləşdirilib.

Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir.

***

Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, 02.10.2026-cı il tarixində saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Mərkəzin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

***

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb: “Şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən olunub. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər”.

Qeyd edək ki, ötən gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbin 7 şagirdi də şirniyyatdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.“Qafqazinfo”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt