21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi – FOTO

XƏBƏR XƏTTİ
Leysan olacaq – Sabahın havası•Hacıqabul sakininin “Sovetski”də meyit aşkarlandı•“Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı”•İcra başçısı 3 nəfərə vəzifə verdi•Oktyabrda 9 gün iş OLMAYACAQ•Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – Yenilik•Bir gündə 13 tibb işçisinin işinə son verildi – Baş həkimlər də siyahıda•Cəlilabadda şəhid zabitin anım mərasimi keçirildi – FOTOLAR•Leysan olacaq – Sabahın havası•Hacıqabul sakininin “Sovetski”də meyit aşkarlandı•“Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı”•İcra başçısı 3 nəfərə vəzifə verdi•Oktyabrda 9 gün iş OLMAYACAQ•Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – Yenilik•Bir gündə 13 tibb işçisinin işinə son verildi – Baş həkimlər də siyahıda•Cəlilabadda şəhid zabitin anım mərasimi keçirildi – FOTOLAR•

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb.

Mecra.az xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub.

Qusar Rayon Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, A.Babayeva vaxtında düzgün tibbi xidmətin göstərilməməsi səbəbindən yaranmış ağciyər trombozundan həyatını itirib.

Məhkəmənin hökmü ilə E.Əsgərova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Qeyd edək ki, Aysel Babayeva 2 il imiş ailə həyatı qurubmuş. O, xəstəxanaya hamiləlik planlaşdırılması ilə əlaqədar, stimulyasiya üçün müraciət edibmiş.“Qafqazinfo”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt